Bərdə rayonun Qazaxlar kəndində şəhid Əlizadə Pərvin Vüqar oğlunun doğum günü münasibəti ilə anım mərasimi keçirilmişdir. Mərasimdə RİH – nin məsul işcisi Ziya İsmayılzadə, Bərdə rayon Polis şöbəsinin əməkdaşları, Qazaxlar kənd orta məktəbin drektoru Təranə müəllim, şagirdlər, AzQMƏVŞƏİB- rayon filialının sədri Etibar Hüseynova, Bərdə” Cümə məscidinin Axundu Hacı Ramazan Hüseynov və şəhid ailələri iştrak etdilər. Məktəbin drektoru şəhidimizin keçdiyi həyat yolundan danışdı. Şagirdlər şəhidin xatirəsinə həsr edilmiş kompazisiyalar söylədilər. Şəhidin məzarı ziyarət edilərək, gül dəsdələri qoyuldu, ruhuna dualar oxundu.
Plugin Install : Subscribe Push Notification need OneSignal plugin to be installed.