"Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus "ADY Əmlak" MMC-nin direktoru Elçin Niyazov vəzifəsindən azad edilib.
Yenisabah.az "Report"a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Əkbər Mədətliyə həvalə olunub.
O, yaxın aylara qədər "ADY Ekspress" MMC-nin, ondan əvvəl isə elə "ADY Konteyner"in direktoru olub. E.Niyazov isə azad edildiyi vəzifəyə 2 il bundan əvvəl təyin olunub, bundan əvvəl isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" və "Bakı Telefon Rabitəsi" ("Baktelecom") MMC-lərin direktoru işləyib. pizza mizza
Telegram kanalımız