AZ

"Qınından çıxıb, qınını bəyənmirlər" - Pezeşkian onları tənqid etdi (VİDEO)

İran Prezidenti Məsud Pezeşkian bu gün Ərdəbil əyalətinə səfəri zamanı keçirilən iclasda maraqlı çıxış edib.

Musavat.com xəbər verir ki, dövlət başçısı təhsil sistemindəki mövcud problemləri tənqid edərək fikirlərini Azərbaycan dilində ifadə edib.

Pezeşkian bəzi məktəblərin cəmiyyətə ziyalılar yox, təkəbbürlü insanlar qazandırdığını vurğulayıb. O, təhsil sahəsindəki yanlışlıqlara diqqət çəkərək belə deyib:

“Qınından çıxıb, qınını bəyənmirlər. Bu ifadənin tərcüməsi yoxdur. Biz bu torpağa mənsub olduğunu bilən məktəblilər yetişdirməliyik. Problemlərimizi özümüz həll etməliyik, çünki bizim dərdimizə kənardan heç kim gəlib əlac qılmayacaq”.

Prezidentin Azərbaycan dilində səsləndirdiyi bu fikirlər toplantıda xüsusi diqqət doğurub.

Musavat.com 

Seçilən
1
7
musavat.com

8Mənbələr