AZ

FSB Kadırovun səhhətinə nəzarət edir: Çeçenistan lideri "pampers"ə keçib

Musavat.com xəbər verir ki, “Novaya qazeta Evropa” son günlərdə Çeçenistan rəhbəri Ramzan Kadyrovun səhhəti ilə bağlı diqqətçəkən məlumatlar yayıb. Nəşrin iddiasına görə, Kadırov son bir ildə xeyli arıqlayıb və bunu əvvəlcə ölçüyə görə tikilmiş paltarlarla gizlədib. İndi isə daha boş şalvar və geniş koftalara üstünlük verir.

Çeçenistan üzrə UFSB-nin mənbələri bildirir ki, geyim tərzindəki dəyişikliklər və iş qrafikinin yüngülləşdirilməsi onun ciddi sağlamlıq problemləri ilə bağlıdır. Məlumatlara görə, Kadırov yüksək ixtisaslı tibbi yardım alır və hal-hazırda dializ və nefrostoma prosedurlarından keçir. Nefrostoma — sidiyi böyrəklərdən xaricə yönləndirən drenajdır və bu prosedur ömürlükdür. Bu, fiziki yüklənmədən qaçmağı, geniş paltar geyinməyi, həmçinin sidik kisəsi üçün cibə sahib xüsusi alt paltarından ("pampers") istifadə etməyi tələb edir.

Mənbələrin bildirdiyinə görə, Kadırov bəzən həkimlərin göstərişlərinə əməl etmir, bu isə bir neçə dəfə kritik situasiyaların yaranmasına səbəb olub. Bu səbəbdən FSB onun səhhətini təkcə peşəkar maraqla deyil, həm də nəzarət mexanizmləri ilə ciddi izləyir.

Xatırladaq ki, Ramzan Kadırovun Azərbaycan cəmiyyətində nüfuzuna böyük zərbə vuran hadisələrdən biri 2024-cü ilin 25 dekabrında baş verib. Həmin vaxt Qroznı şəhərində Azərbaycan təyyarəsinin vurulması fonunda Kadırov özünü olduqca təbiiyyətsiz və yersiz şəkildə apararaq, Azərbaycan xalqının qəzəbinə səbəb olmuşdu. Onun bəyanatları qardaş ölkəyə qarşı qeyri-səmimi mövqe kimi qiymətləndirilmiş, həm Azərbaycanda, həm də diasporada kəskin qınaq doğurmuşdu.

Bu gün isə yayılan məlumatlar göstərir ki, Kadırovun səhhətindəki problemlər artıq geri dönməz xarakter alıb. Dializ və nefrostoma kimi prosedurlar uzunmüddətli və ömürlük tibbi nəzarət tələb edir. Bu isə onun gələcəkdə siyasi və fiziki aktivliyini məhdudlaşdıracaq.

Kadırov bir tərəfdən ağır xəstəliklərlə mübarizə aparır, digər tərəfdən isə regiondakı təbii olmayan davranışları və xüsusilə Azərbaycanla bağlı məlum qalmaqalı səbəbilə ciddi nüfuz itkisi yaşayır. Bu gün FSB-nin onun səhhətinə nəzarəti həm şəxsi, həm də siyasi böhranın dərinliyini göstərir.

Musavat.com

Seçilən
19
4
musavat.com

5Mənbələr