AZ

Valideynlər üçün rahatlıq: "Məktəbli avtobusları istifadəyə veriləcək"

“Məktəbli avtobusu layihəsi həm uşaqların təhlükəsizliyini, həm də şəhərdə avtomobil sıxlığını azaltmaq məqsədini daşıyır”. 

Bunu Demokrat.az-a açıqlamasında avtomobil üzrə ekspert Elgiz Mehdiyev bildirib.

Onun sözlərinə görə, bu, xüsusilə böyük şəhərlərdə, valideynlərin iş saatları ilə məktəb vaxtlarının üst-üstə düşdüyü hallarda əhəmiyyətli sosial fayda təmin edə bilər:

“Bu, ilkin pilot layihə mərhələsi kimi qiymətləndirilə bilər. Belə yanaşma həm logistik çətinlikləri, həm də maliyyə yükünü minimuma endirməyə imkan verir. Zamanla əhatə dairəsinin genişləndirilməsi, tələb və marşrut məlumatları toplandıqdan sonra daha optimal planlaşdırma mümkündür. Nazir avtobusların qiymətini birbaşa təyin etmədiklərini, bunun bir neçə qurumun qərarına bağlı olduğunu vurğulayıb. Bu o deməkdir ki, sosial ədalət və əlçatanlıq məsələsi diqqətdə saxlanılacaq. Amma konkret güzəştlərin necə tətbiq olunacağı layihənin icrası zamanı dəqiqləşəcək. Layihə həm valideynlərin, həm də uşaqların gündəlik həyatını asanlaşdırmaqla yanaşı, şəhər nəqliyyatında sıxlığın azalmasına töhfə verəcək”.

Leyla Turan
Demokrat.az
Seçilən
4
1
demokrat.az

2Mənbələr