AZ

Sааkaşvilinin partiyasının rəhbəri həbs edildi

BAKI, 11 sentyabr. TELEQRAF

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti sabiq prezident Mixail Saakaşvilinin partiyası "Vahid Milli Hərəkat”ın rəhbəri Levan Xabeişvilini həbs edib.

Teleqraf xəbər verir ki, Levan Xabeişvili saxlanılarkən bəyan edib ki, o, DTX-nin yeni rəhbəri Mamuka Mdinaradzenin göstərişi ilə saxlanılıb.

Partiya sədrinin nədə ittiham olunduğu açıqlanmayıb.

Qeyd edək ki, bir müddət əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirmişdi ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili 2008-ci ildə “dərin dövlətin sifarişi ilə” Rusiya ilə silahlı münaqişəyə başlayıb. Baş nazirin fikrincə, Saakaşvili həmin dövrdəki hərəkətlərinə görə cavab verməlidir.

Seçilən
6
teleqraf.com

1Mənbələr