AZ

Qeyri adi fəndi ilə dünyada tanınan Tofiq Əliyev: “Qızıl medala dəymədi...“

Moderator.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Düşünmürəm ki, etdiyim fənd növbəti 20-30 ildə təkrarlansın".

Moderator.az xəbər verir ki, bunu Oxu.Az-a müsahibəsində Çinin Çenqdu şəhərində keçirilən Dünya Oyunlarında yerinə yetirdiyi inanılmaz elementlə gümüş mükafata sahib çıxan, adından söz etdirən azərbaycanlı gimnast Tofiq Əliyev deyib.

- Yuxuda gördüyünüz həmin hərəkət və onun reallaşması sizin üçün hansı mənanı daşıyır? İdman dünyasında bu cür yeniliklər yarada bilmək hansı motivasiyanı formalaşdırır?

- Ümumiyyətlə, çox böyük motivasiyadır. Yarışda qızıl medal qazananda daha çox danışılmaq nəyə desən, dəyər, amma qızıl medala dəymir. (gülür) Qızıl yox, gümüş medal qazandım. Lakin bu hərəkətlə bir çox tamblinq həvəskarlarının sevimlisi oldum. Bu hərəkətdən sonra tamblinq həvəskarları Beynəlxalq Olimpiya Komitəsinin rəsmi "Instagram" səhifəsinə hücum çəkdilər ki, tamblinq nəyə görə hələ də olimpiya idman növü sayılmır?

Daha ətraflı - videoda:

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
3
moderator.az

4Mənbələr