AZ

Yaxın Şərq müttəfiqləri ABŞ-dan İsrailin hücumlarına qarşı zəmanət tələb edir

Yaxın

Misir İsrailin Qətərin paytaxtında HAMAS-ın siyasi bürosunun iclası keçirilən binaya hava zərbələri endirdiyi “Alovlu Zirvə” əməliyyatından dərhal sonra ABŞ hakimiyyətindən hücuma məruz qalmamağa dair zəmanətlər tələb edib.

APA xəbər verir ki, bu barədə “The National” portalı məlumat verib.

Məlumata görə, radikal qruplaşmaların xarici nümayəndələrini qəbul edən ərəb ölkələri narahatdırlar ki, İsrail onların ərazilərinə də zərbə endirə bilər.

Portal mənbələri xəbər verir ki, Qahirə Donald Tramp administrasiyasından HAMAS liderləri Misirə danışıqlar üçün gələndə İsrailin onları məhv etməyə çalışmayacağına dair zəmanət tələb edib, eləcə də ölkədə sığınacaq tapmış "Fələstin İslam Cihadı"nın rəhbərliyinin təhlükəsizliyinə təminat istəyib.

Qeyd olunur ki, hazırda İsraildən hücuma məruz qalmamağa dair zəmanət yalnız İraq əldə edib. Bu, iki il əvvəl Bağdadda yerli "Kətayib Həzbollah" qruplaşması tərəfindən qaçırılan, həm Rusiya, həm də İsrail vətəndaşlığı olan tədqiqatçı Yelizaveta Çurkovanın azad edilməsi ilə bağlı razılaşmanın bir hissəsi olub.

Seçilən
7
2
xalqcebhesi.az

3Mənbələr