İngiltərənin "Çelsi" klubunun futbolçusu Dariu Essuqu "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda meydana çıxmayacaq.
Ölkə.az xəbər verir ki, buna yarımmüdafiəçinin Portuqaliyanın U-21 millisinin heyətində zədələnməsi səbəb olub.
Əməliyyat edilən oyunçu təxminən 12 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, Dariu Essuqu "zadəganlar"ın UEFA Çempionlar Liqasının oyunları üçün iştirak ərizəsinə salınıb. "Qarabağ" bu rəqiblə noyabrın 5-də Bakıda üz-üzə gələcək.