AZ

Trampın xahişi ilə 14 məhbusu əfv etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ və digər ölkələrin liderlərinin xahişi əsasında ölkədə məhkum olunmuş bir sıra xarici vətəndaşların əfv edilməsi barədə qərar qəbul edib.

Gundem.az xəbər verir ki, bu barədə məlumatı Belarus liderinin Mətbuat xidmətinə istinadən “Belta” agentliyi yayıb. 

Bildirilib ki, ümumilikdə casusluq, ekstremist və terror fəaliyyətində iştirak, eləcə də Belarus ərazisində törətdikləri digər cinayətlərə görə məhkum olunmuş 14 xarici əfv edilib. 

Onlardan altısı Litva, ikisi Latviya, ikisi Polşa, ikisi Almaniya, biri Fransa və daha biri isə Böyük Britaniya vətəndaşlarıdır.

Onu da qeyd edək ki, Lukaşenko bu gün Minskdə ABŞ prezidentinin nümayəndəsi Con Koulu qəbul edib. Görüş zamanı Koul Belarus prezidentinə Trampdan məktub çatdırıb. 

Həmin məktubda isə Tramp Lukaşenkoya doğum günü münasibətilə təbriklərini çatdırıb.

Seçilən
29
6
gundem.az

7Mənbələr