Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan “Zəngəzur dəhlizi” mövzusu ilə bağlı açıqlama verib.
Musavat.com xəbər verir ki, Ter-Petrosyan bu termini işlətməməyə və onun əvəzinə “Zəngəzur Nəqliyyat Qovşağı” ifadəsindən istifadə olunmasına çağırıb. O bildirib ki, nəzarət Ermənistanın əlində qalmalıdır. Bununla yanaşı, sabiq prezident qeyd edib ki, ölkə digər maraqlı dövlətlərin sərbəst fəaliyyətini təmin edə bilər və strateji tərəfdaşların — Rusiya, ABŞ və İranın əməkdaşlığına ümid edə bilər.
Ter-Petrosyan həmçinin bildirib ki, böyük dövlətlər arasındakı ziddiyyətlərin həlli kiçik dövlətlər arasındakı münaqişələrdən daha asandır. Misal olaraq, o, 1962-ci il Karib böhranını və 1969-cu ildə Daman adasında yaşanmış böhranı xatırladıb.
Sabiq prezidentin bu açıqlaması Ermənistan cəmiyyətində “Zəngəzur dəhlizi” anlayışına fərqli yanaşma kimi qiymətləndirilir.
Musavat.com