AZ

Çində məktəbli 14 saat fasiləsiz ev tapşırıqlarını yerinə yetirdikdən sonra xəstəxanaya yerləşdirildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Çində 11 yaşlı uşaq bütün yay müddətinə tapşırılan dərslərini bir gündə yerinə yetirməyə çalışdıqdan sonra xəstəxanaya yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.
Avqustun 26-da Hunan əyalətindən olan Lyanlyan fasiləsiz olaraq səhər saat 8-dən gecə saat 10-a qədər ev tapşırıqlarını yerinə yetirib. Bir saat sonra uşaq təngnəfəslik, başgicəllənmə, başağrısı, əllərində və ayaqlarında uyuşmadan şikayətlənib.
Valideynlər uşağı həkimə göstərmək qərarına gəliblər. Onlar Lyanlyana hiperventilyasiya nəticəsində yaranan respirator xəstəlik diaqnozu qoyublar. Məktəbliyə tənəffüs maskası taxılıb, bundan sonra onun nəfəsi normallaşıb.
Həkimlər uşaqdakı simptomlarının emosional həyəcan nəticəsində ortaya çıxdığını izah ediblər. Bunun səbəbi valideynləri ilə mübahisə, imtahandan əvvəl narahatlıq, qəfil qorxu və ya uzun müddət mobil telefondan istifadə ola bilər.
Mütəxəssislər qeyd ediblər ki, respirator xəstəlik adətən təngnəfəslik, başgicəllənmə, ürək döyüntülərinin tezliyinin artması, qollarda, ayaqlarda, dodaqlarda və hətta bütün bədəndə uyuşmaya səbəb olur. Daha ağır hallarda, bu, ümumi əzələ sərtliyinə, sözdə "toyuq ayaqları" sindromuna və ya hətta ölümə səbəb ola bilər.
Yerli xəstəxananın əməkdaşlarının sözlərinə görə, avqust ayında oxşar simptomlarla 30-dan çox yeniyetmə təcili yardım şöbəsinə yerləşdirilib. Bu, digər aylarda belə xəstələrin sayından on dəfə çoxdur. Pediatr Çjan belə simptomlar ortaya çıxarsa, valideynlərə övladını sakitləşdirməyi və uşağın torbaya nəfəs almasını tövsiyə edib.
Seçilən
34
3
oxu.az

4Mənbələr