AZ

Ukraynanın neft zavodlarına zərbələri Rusiyada benzin böhranını dərinləşdirir - YDM-lər kütləvi bağlanır...


Rusiyada benzin böhranı dərinləşir. “İzvestiya”nın məlumatına görə, 10-dan çox regionda 92 və 95 oktanlı yanacağın təchizatında ciddi fasilələr yaşanır.

Əvvəllər Uzaq Şərqdə və Saratovda müşahidə olunan problemlər, indi Nijni Novqorod, Rostov, Ryazan bölgələri və Krıma da müşahidə edilir. Bəzi media orqanları isə benzin qıtlığının bütün Rusiya ərazisində müşahidə edildiyini bildirir. Yanacaqdoldurma məntəqələrinə (YDM) bəzi neft emalı zavodlarının həftələrdir yüksək oktanlı benzin vermədiyi və buna görə də stansiyaların ard-arda bağlamaq məcburiyyətində qaldığı bildirir.

Yanacaq Assosiasiyasının prezidenti Pavel Bajenov isə bildirib ki, bu problemlər istehsal gücü ilə tələbat arasındakı balanssızlıqm və digər amillərlə bağlıdır. Ekspertlərin fikrincə isə, Rusiyada benzin böhranının əsas səbəbi Ukraynanın bəzi neft emalı zavodlarına zərbələr endirməsidir.

Bu arada “Forbes” nəşri yazır ki, Rusiyada avtosalonlar kütləvi şəkildə bağlanır. “Rolf”un baş direktoru Svetlana Vinoqradovanın sözlərinə görə, avtosalonların gəlirləri əməliyyat ehtiyaclarının bahalı maliyyələşdirilməsi, müştəri cəlb etmək xərclərinin aylıq artımı, eləcə də satış həcminin qeyri-kafi olması səbəbindən azalıb. “Avtostat”ın məlumatına görə, bu ilin birinci rübündə 154 diler müqaviləsinə xitam verilib ki, onların da əksəriyyəti Çin brendləri ilə olub. İlin ikinci rübündə vəziyyət daha da pisləşib: daha 378 diler müqaviləsinə xitam verilib. Belə ki, ilin birinci yarısında “Li Auto”, “Bestune”, “Kaiyi”, “Dongfeng” və BAIC dilerləri bağlanıb.

TAHİR

Seçilən
48
baki-xeber.com

1Mənbələr