AZ

Rusiyada avro 100 rubla çatdı, dollar isə 87 rubla yaxınlaşdı

Rusiyanın birjadankənar valyuta bazarında avro fevraldan bəri ilk dəfə 100 rublluq həddi aşaraq 100,459 rubla qədər yüksəlib.
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, dollar isə 85,385 rubla qalxaraq (+1,05%) seans ərzində 87 rubla yaxınlaşıb.
Bildirilir ki, xarici valyutalar ardıcıl yeddi sessiyadır bahalaşır. Sentyabrın əvvəlindən dollar rubla qarşı 5%-dən, avro isə 6%-dan çox dəyər qazanıb. Yay aylarının minimum göstəriciləri ilə müqayisədə isə hər iki valyuta 10%-dən artıq möhkəmlənib.
Ekspertlər bahalaşmanı bazarda valyuta təklifinin azalması və idxal üçün artan tələbatla izah edirlər. Avqustda hökumət ixracatçıların valyuta gəlirlərinin repatriasiyası üzrə tələbləri yumşaldıb. Geosiyasi risklər də rubla təzyiq göstərir. Xüsusilə, Polşanın hava məkanını pozduğu iddia edilən pilotsuz uçuş aparatları ilə bağlı insident bazarda gərginliyi artırıb.
Kremlin sözçüsü Dmitri Peskov valyuta məzənnələrinin dəyişməsini şərh edərək bildirib ki, bu məsələ “Kremlin səlahiyyətinə aid deyil”. Onun sözlərinə görə, rublun möhkəmlənməsi və ya zəifləməsi müxtəlif tərəflərə fərqli təsir göstərir, lakin ümumi makroiqtisadi şərait sabit olaraq qalır.
Proqnozlara görə, sentyabrda dollar 82 rubldan yuxarı qalacaq, payızda isə 85-90 rubl aralığında dəyişə bilər.

Seçilən
11
3
tribunainfo.az

4Mənbələr