AZ

Lukaşenko: “Ukrayna və Avropa müharibəni udmayacaqlar”

ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin BMT-dəki daimi nümayəndəsi Valentin Rıbakovla görüşündə belə deyib. “Mən tam əminəm ki, ruslar amerikalıların dediklərini qəbul etməyə hazırdırlar. Biz bunu Rusiya prezidenti ilə artıq bir neçə dəfə müzakirə etmişik. Sual avropalılara və Zelenskiyə aiddir. Düşünürlər ki, Ukrayna müharibəsində qalib gələ biləcəklər. Bu heç vaxt baş verməyəcək”, - Lukaşenko vurğulayıb. PUA-laral bağlı məsələni şərh edən Belarus lideri həmsöhbətinin diqqətini son günlər yaşanan hadisələrə və bunda hətta Minski günahlandırmaq cəhdlərinə yönəldib. - Oraya PUA-lar uçdu. Hətta bizə irad tutdular. Amma onlar bizə tərəf uçmurdular. Onların istiqamətini gördük. Bacardığımızı məhv etdik, ancaq bir neçəsi qaldı. Biz Polşaya əvvəlcədən məlumat vermişdik. Bəs cavab olaraq nə aldıq? Qulaq asın, vəhşilər kimi boş yerdən vəziyyəti gərginləşdirirlər. Yəqin ki, bizim reaksiya verməyimizi istəyirlər”, - Aleksandr Lukaşenko qarşı tərəfə öz mövqeyini sərgiləyb. Belarus lideri ölkəsinin münaqişələrdə maraqlı olamdığını və bunu dəfələrlə təkrarladığını söyləyib. “Min dəfə demişəm: biz müharibələr, bağlı sərhədlər istəmirik. Amma bizi fakt qarşısında qoysalar, reaksiya vermək məcburiyyətində qalacağıq”, - prezident Lukaşenko Belarusu təxribata çəkmək istəyənlərə xəbərdarlıq edib. Sahil İsgəndərov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
azvision.az

2Mənbələr