AZ

İlon Mask yenidən dünyanın ən varlı adamı oldu

Tesla və SpaceX şirkətlərinin rəhbəri İlon Mask yenidən dünyanın ən varlı insanı seçilib.

Ölkə.az xəbər verir ki, son günlərdə Tesla səhmlərinin dəyərinin yüksəlməsi və digər texnologiya layihələrinin sürətli inkişafı onun sərvətini artıraraq rəqiblərini geridə qoyub.

Bir müddət öncə Oracle şirkətinin qurucusu Lerri Ellison Maskı sıralamada keçmişdi. Lakin qısa müddət sonra Mask yenidən zirvəyə qayıdaraq dünyanın ən varlısı elan olunub.

Mütəxəssislərin fikrincə, Maskın sərvətindəki artım həm texnologiya bazarının inkişafı, həm də kosmik layihələrə olan böyük maraqla əlaqəlidir.

Səbinə

Seçilən
41
1
olke.az

2Mənbələr