AZ

Bloomberg: NATO Polşadakı PUA insidentinə “hərbi-müdafiə cavabı” hazırlayır

NATO Polşada pilotsuz uçuş aparatları ilə bağlı insidentə “hərbi-müdafiə cavabı” hazırlayır, məqsəd isə alyansın şərq cinahını gücləndirməkdir.

Ölkə.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbəyə istinadən məlumat verib.

Bildirilir ki, alyans iki “cavab” hazırlayır – siyasi və hərbi-müdafiə. Birinci siyasi reaksiya artıq NATO baş katibi Mark Ryutte və alyans ölkələrinin liderləri tərəfindən açıqlanıb, onlar insidentdə Rusiyanı günahlandırıblar.

“Hərbi cavab”ın hazırlanmasını Avropada Birləşmiş Silahlı Qüvvələrin ali baş komandanı Aleksus Grinkyeviç koordinasiya edir. O, tabeliyində olanlarla birlikdə vəziyyəti qiymətləndirir və yeni silah tədarükünə ehtiyacları təhlil edir. Nəşrin məlumatına görə, alyansın cavabı əsasən çəkindirmə potensialının gücləndirilməsinə yönəldiləcək.

Həmidə İbrahimova

Seçilən
33
olke.az

1Mənbələr