AZ

Keçmiş arvadı barışmadığı üçün onu bıçaqlayan kişi HƏBS OLUNDU

Lənkəran Ağır Cinayətlər Məhkəməsi 1983-cü il təvəllüdlü Ağcabədi şəhər sakini Rüstəm Əliyev barəsində hökm çıxarıb.
 
Təqsirləndirilən şəxs 2024-cü ilin noyabrında keçmiş arvadı Sara Abbasovanı xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etməkdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29 və 120.2.4-cü maddələri ilə təqsirli bilinib və 11 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
 
Hadisə 1 noyabr 2024-cü ildə Ağcabədi şəhəri, İsmət Qayıbov küçəsində baş verib.
 
Rüstəm Əliyev keçmiş arvadı ilə barışa bilməməsi səbəbindən mübahisə zamanı mətbəx bıçağı ilə ona çoxsaylı (ən azı 15) zərbə vurub. Xəsarətlərdən 11-i bədənə dəymiş, o cümlədən döş qəfəsinə daxil olan deşilmiş-kəsilmiş yaralar həyat üçün təhlükəli hesab edilib.
 
Zərərçəkmiş qadın uşaqlarının və ətraf şəxslərin müdaxiləsi, habelə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında göstərilən təcili tibbi yardım nəticəsində xilas edilib.
 
Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilib və iddia edib ki, hadisə əsəbiliyi nəticəsində baş verib, öldürmək niyyəti olmayıb. Lakin məhkəmə onun ibtidai istintaqda verdiyi ifadələri (öldürmək niyyətini etiraf etməsi) və ekspert rəylərini nəzərə alaraq cinayət tərkibini tam təsdiqləyib. Məhkəmə qeyd edib ki, zərbələrin sayı və xarakteri xüsusi amansızlığı göstərir, lakin cəhd öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatmayıb. /Baku.ws/
Seçilən
0
4
moderator.az

5Mənbələr