Belarus prezidenti Aleksandr Lukaşenko etiraf edib ki, sanksiyalar ölkə iqtisadiyyatına və ödənişlərinə ciddi təsir edib və kriptovalyutalar indi faktiki olaraq sonuncu həyat xəttinə çevrilib.
Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, Belarus prezidenti son beş il ərzində milli iqtisadiyyatın və Belarus bank sektorunun misli görünməmiş problemlərlə üzləşdiyini deyib:
“Hökumət və Milli Bank kriptovalyuta mərkəzini təşviq etmək üçün göstərişlər alıb. iki ildir məsul şəxslər kriptovalyutaların tənzimlənməsi üçün hərtərəfli sistemi təklif edə bilmirlər...”
Sentyabrın 9-da Lukaşenko Milli Bankın və kredit təşkilatlarının rəhbərliyi ilə görüşüb. İclasda o bildirib ki, banklar xarici ödənişləri təmin etmək üçün rəqəmsal aktivləri daha fəal şəkildə tətbiq etməlidirlər. Sənayenin inkişafı və tənzimlənməsi təşəbbüslərindən biri kimi Milli Bankın İdarə Heyəti sədrinin birinci müavini Aleksandr Eqorov ölkədə kripto bankların yaradılması üzrə eksperiment təklif edib və Lukaşenko bunu dəstəkləyib.
Elcan
Missiya.Az