AZ

"Qarabağ"ın rəqibinə qarşı 74 ittiham irəli sürülüb

İngiltərə Futbol Assosiasiyası (FA) “Çelsi” klubuna qarşı 74 qayda pozuntusu ilə bağlı ittiham irəli sürüb.

90deqiqe.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, ittihamlar 2009–2022-ci illəri, xüsusilə 2010/2011 və 2015/2016 mövsümlərini əhatə edir. Söhbət əsasən futbol agentləri ilə əməkdaşlıq qaydalarının və üçüncü şəxslərin futbolçulara investisiya qoymasının qadağan olunmasına dair tələblərin pozulmasından gedir.

London təmsilçisinə sentyabrın 19-dək bu ittihamlarla bağlı rəsmi açıqlama vermək üçün vaxt tanınıb.

Xatırladaq ki, 2023-cü ilin noyabrında “Çelsi”nin sabiq sahibi Roman Abramoviçin ofşor şirkətlər vasitəsilə maliyyə feyr-pley qaydalarını pozduğu iddia edilmişdi. Həmin dövrdə Eden Hazard, Nqolo Kante, Uillian və Samuel Eto ilə bağlı aparılmış transferlər zamanı gizli ödənişlərin həyata keçirildiyi bildirilmişdi. Bu səbəbdən klub cərimə və Premyer Liqada xallarının silinməsi riski ilə üzləşmişdi.

Qeyd edək ki, Roman Abramoviç 2003-cü ildən 2022-ci ilə qədər “Çelsi” klubunun sahibi olub. O, sanksiyalara məruz qaldıqdan sonra klubun satışını həyata keçirib.

Seçilən
78
90deqiqe.az

1Mənbələr