AZ

Özbəkistana qaçırılan 57 helikopter Əfqanıstana qaytarılacaq

BAKI, 11 sentyabr. TELEQRAF

Əfqanıstan İslam Əmirliyi hakimiyyəti (Taliban) 2021-ci ildə Qərbin dəstəklədiyi hökumətin (Əşrəf Qəni) devrilməsi zamanı ölkədən çıxarılan onlarla vertolyotu yaxın günlərdə Özbəkistandan geri alacaq.

Teleqraf xəbər verir ki, bu barədə “Afganistan International” mənbələrə istinadla məlumat yayıb.

Məlumatlara görə, keçmiş Əfqanıstan ordusuna məxsus 57 helikopter geri qaytarılacaq. Nəşr bildirib ki, 2021-ci ilin avqustunda Qəni hökumətinin devrilməsindən sonra əfqan hərbi pilotlar Özbəkistan və Tacikistana çoxlu sayda helikopter və təyyarə daşıyıblar.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) bundan əvvəl bildirdiyinə görə, ümumilikdə 46 təyyarə Özbəkistan, 18 təyyarə Tacikistanda eniş edib. Bunlara Mi-17 və UH-60 helikopterləri, həmçinin PC-12, C-208, AC-208 və A-29 təyyarələri daxildir.

Taliban hökuməti dəfələrlə bu avadanlıqların geri qaytarılmasını tələb edib, amma Daşkənd və Düşənbə bu tələbləri açıq şəkildə şərh etməyib.

ABŞ-nin Özbəkistandakı səfiri bundan öncə söyləmişdi ki, ölkəyə enən 46 təyyarə yeni razılaşmaya əsasən Özbəkistanın nəzarətində qalacaq. Həmçinin ABŞ-nin Əfqanıstandakı səfirliyi təyyarələri Talibana təhvil vermədiyi üçün Tacikistana təşəkkür edib.

Xatırladaq ki, 2025-ci ilin fevralında KİV 7 helikopterin Özbəkistandan ABŞ-yə təhvil verildiyini yazmışdı, Əfqanıstan Müdafiə Nazirliyi bunu pisləmişdi.

Seçilən
53
teleqraf.com

1Mənbələr