AZ

"ASTA Mingəçevir"də 5 yeni transfer - FOTO

"ASTA Mingəçevir" yeni futbolçularla heyətini gücləndirib.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi yerlilərdən Vüsal Əsgərov, Taleh Qarayev, Orxan Sadıqlı və Sahib Həsənovu transfer edib. Həmçinin qanalı futbolçu Cona Attuquaye də cari mövsümdə komandanın şərəfini qoruyacaq.

Qeyd edək ki, "ASTA Mingəçevir" I Liqanın ilk turunda səfərdə "Səbail"lə qarşılaşacaq. Matç sabah, saat 19:00-da "ASCO Arena"da start götürəcək.

İdman.biz

Seçilən
26
4
idman.biz

5Mənbələr