AZ

“Əlilliyi olan şəxslərin sosial müdafiəsinə dəstək“ layihəsinə start verildi FOTOLAR

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Əlilliyi olan şəxslərin sosial müdafiəsinə dəstək“ layihəsi çərçivəsində  tədbirlərin icrasına başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, ilk tədbir Yardımlı rayonunda keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndəsi Şakir Kərimov, əlillər və şəhid ailələrinin üzvləri iştirak ediblər. Çıxış edən Şakir Kərimov mövzu ilə bağlı fikirlərini bildirib.

Layihə rəhbəri Xədicə Mikayılova çıxışına bildirib ki, əsas məqsəd əlilliyi olan şəxslərin sosial durumunun yaxşılaşdırılması, hüquqlarının daha yaxşı qavranılması, onların sosial müdafiə və iqtisadi təşviq mexanizmlərinə çıxış imkanlarının artırılmasıdır. Bu məqsədlə maarifləndirici tədbirlərin təşkili nəzərdə tutulur.

“Layihə 01 avqust – 31 oktyabr 2025-ci il tarixlərini əhatə edir və Yardımlı, Tərtər, Ağdam və Bərdə rayonlarında həyata keçiriləcək. Statistik məlumatlara əsasən, bu bölgələrdə əlilliyi olan şəxslərin sayı daha çoxdur."

Daha sonra Xədicə Mikayılova  bildirib ki, iştirakçılara təqdim olunan qovluqlarda həmçinin əlilliyi olan şəxslərin malik olduqları imtiyazlar, dövlətin bu istiqamətdə qəbul etdiyi sərəncam və qərarlar barədə məlumatlandırıcı vərəqlər də yer alıb.

Çıxış edən gözdən əlilliyi olan Fərrəli Əliyev layihənin onlar üçün faydalı olduğunu vurğulayaraq minnətdarlığını bildirib: “Bu məlumatlandırıcı vərəqlər hər zaman masa üzərimizdə olacaq və bizə yol göstərəcək.” Digər iştirakçılar – Ədalət Qarayev, Fərrəddin Mirzəyev, Mayılxan Əliyev və başqaları da layihəyə dəstək göstərdiyinə görə Dövlət Dəstəyi Agentliyinə təşəkkür edib, bir sıra problemlərin həllində dəstək istədiklərini qeyd ediblər.

Xədicə Mikayılova isə bildirdi ki, aidiyyəti qurumlara məktublar göndəriləcək və qaldırılan məsələlərin həlli istiqamətində addımlar atılacaq. Tədbir çay süfrəsi ətrafında davam edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
2
cebheinfo.az

3Mənbələr