AZ

“İşıqsız, internetsiz seçki keçirməyə hazırıq” –Rusiya MSK sədri

Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Rusiyada seçkiləri internet və işıqsız “mağara” şəraitində keçirməyə hazır olduğunu bəyan edib.

AzPost bildirir ki, MSK sədri hər cür ekstremal vəziyyətə hazır olmalarını deyib: “Rusiyanın seçki sistemi “mağara” şəraitində – elektrik enerjisi, rabitə və internet olmadan seçkiləri təşkil etməyə hazır olmalıdır”, – deyə Ella Pamfilova bildirib.

“Biz ən ekstremal şəraitdə belə seçki keçirməyi bacarmalıyıq. Ona görə də biz tələsmirik və ənənəvi və zəruri elementlərdən imtina etmək fikrində deyilik”deyə Ella Pamfilova vurğulayıb

AzPost.az

Seçilən
49
1
azpost.info

2Mənbələr