AZ

Qazaxıstan hərbçiləri Bakıda

ain.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində hər iki ölkənin maliyyə üzrə hərbi mütəxəssisləri arasında görüş keçirilib. Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə müdafiə xərclərinin planlaşdırılması, maliyyələşdirilməsi, pul vəsaitlərinin uçotunun aparılması, eləcə də hərbi əmlakın uçotunun xüsusiyyətləri, pul təminatının və əmək haqqının ödənilməsi qaydalarına dair müzakirələr aparılıb. Görüş zamanı, həmçinin bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran suallar cavablandırılıb. AzVision.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
21
azvision.az

10Mənbələr