AZ

Kəlbəcərdə yük maşını dərəyə yuvarlandı, sürücü və sərnişin ölümdən döndü VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Kəlbəcər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza sentybarın 10-da səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 90-TS-413 dövlət nömrə nişanlı “Mercedes Atego” markalı yük maşını yoldan çıxaraq dərəyə aşıb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb sürücünün anidən idarəetməni itirməsi olub. Hadisə zamanı nəqliyyat vasitəsi sıradan çıxıb, sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar ərazidən keçən vətəndaşların köməyi ilə yük maşınından çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, faktla bağlı araşdırma davam edir.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
avtosfer.az

1Mənbələr