AZ

Vaşinqton Minsklə əlaqəni canlandırır

ain.az bildirir, Azvision saytına əsaslanaraq.

Bu barədə ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsinin müavini Con Koul Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşündə məlumat verib. O diqqətə çatdırıb ki, Vaşinqton Belarusla münasibətlərini qaydasına salıb normallaşdırmağa, iqtisadi-ticari əlaqələr qurmağa maraqlıdır. "Ölkələrimiz arasında hər hansı fikir ayrılığı varsa, onları şişirtməyə ehtiyac yoxdur. Prezident Donald Tramp münasibətlərimizin normallaşması üçün səy göstərməyə hazırdır", – diplomat vurğulayıb. O, Minskdə səfirliyin açılmasının təqribi tarixini söyləməsə də, bildirib ki, bu, "yaxın gələcəkdə" həyata keçiriləcək. "Səfirlik məsələsi danışıqlar prosesinin bir hissəsidir. Bu minvalda lazımi işlər aparılacaq", – Con Koul deyib. Xatırladaq ki, 2022-ci ilin fevralında Dövlət Departamenti Rusiya-Ukrayna müharibəsinin başlaması ilə əlaqədar ABŞ diplomatlarını Belarusdan çıxarmış, Minskdəki səfirliyin fəaliyyətini dayandırmışdı. Firudin Həmidli

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
1
azvision.az

2Mənbələr