AZ

FHN in Bakı Regional Mərkəzi mülki müdafiə kursları keçirdi

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Mərkəzin əhatə etdiyi ərazidə yerləşən ümumtəhsil orta məktəblərinin və onlara bərabər tutulan təhsil müəssisələrinin mülki müdafiə fənnini tədris edən 2, 5 və 6-cı sinif rəhbərləri üçün mülki müdafiə kursları keçirilib.

Bu barədə Redaktor.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, kursların keçirilməsində məqsəd məktəblərdə mülki müdafiəni tədris edən sinif rəhbərlərinin bu sahə üzrə bilik və bacarıqlarının artırılması olub.

Kurslarda iştirak edən dinləyicilərə fərdi mühafizə vasitələrindən istifadə, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, təxliyyə planlarının hazırlanması qaydaları, mülki müdafiə, yanğın və texniki təhlükəsizlik tədbirləri haqqında ətraflı məlumatlar verilib, mövzularla bağlı hazırlanmış fotoslayd və videoçarxlar nümayiş olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
9
redaktor.az

10Mənbələr