Türkiyənin Milli Müdafiə Naziri Yaşar Güler Vyetnamın Müdafiə Naziri Phan Van Giangın rəsmi dəvəti ilə getdiyi paytaxt Hanoyda hərbi mərasimlə qarşılanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununl abağlı TRT Haber məlumat yayıb.
Bildirilib ki, Yaşar Güler, paytaxt Hanoyda yerləşən Ho Şi Min Movzoleyini ziyarət edib.
Daha sonra Vyetnam Müdafiə Nazirliyinə keçən Güler həmkarı Giang tərəfindən hərbi mərasimlə qarşılanıb.
Daha sonra Nazirlikdə yerləşən Qızıl Dəftəri imzalayan Güler Phan Van Giang ilə nümayəndə heyətləri arasında görüş keçirilib.
Görüşdən sonra Güler Hanoydakı Səfirliyi ziyarət edərək görülən işlərlə bağlı məlumat alıb.