AZ

"Qarabağ" 2 nigeriyalı futbolçu transfer etdi

"Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasının oyunları üçün heyətinə iki nigeriyalı futbolçu cəlb edib.

Sitat.info  xəbər verir ki, bu barədə Report-a Ağdam təmsilçisinin Futbol Akademiyasının meneceri Nail Kərimov məlumat verib.

O, sözügedən ölkənin "Beyond Limit" akademiyasından iki oyunçunu transfer etdiklərini söyləyib:

"Həmin klubla münasibətlərimiz var idi. Müraciət etdik və oyunçularını bizə yönləndirdilər. Onlar vinger Muyideen Olude və hücumçu Toheeb Abiodundur. Hər ikisi viza məsələsi həll edilmədiyi üçün ilk matçı buraxacaq".

Qeyd edək ki, "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının I turunda Portuqaliya təmsilçisi "Benfika"nın qonağı olacaq. Qarşılaşma sentyabrın 16-da, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Seçilən
27
33
sitat.info

10Mənbələr