AZ

ABŞ “Belavia” aviaşirkətinə qarşı sanksiyaları ləğv edib

ABŞ “Belavia” aviaşirkətinə qarşı sanksiyaları ləğv edib.

 “Belta” xəbər verir ki, bunu ABŞ Prezidentinin nümayəndəsi Con Koul Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşdə bildirib.

“Burada tamamilə rəsmi şəkildə bəyan etmək istəyirəm ki, biz “Belavia”ya qarşı sanksiyaları ləğv etmişik. Bu, rəsmi qərardır. Mənim Prezident Trampla görüşüm olub, həmin görüşdə bir neçə şəxs iştirak edirdi. Bu qərar Prezident tərəfindən qəbul olundu və o, dedi: “Bunu dərhal edin”. İndi bu qərar artıq təsdiqlənib, bu işə cəlb olunmuş bütün müvafiq nazirlik və qurumlar tərəfindən qəbul olunub. Dövlət Departamenti, Ticarət Nazirliyi, Maliyyə Nazirliyi və bu işə aidiyyəti olan digər təşkilatlar tərəfindən qərar qəbul olunub, – Con Koul vurğulayıb.

ABŞ Belavia Aviaşirkət Sanksiyaların ləğvi Prezident nümayəndəsi Con Koul Belarus Lukaşenko Prezident Tramp Dövlət Departamenti Ticarət Nazirliyi Maliyyə Nazirliyi Nazirliklər Qurumlar Rəsmi qərar
Seçilən
13
1
marja.az

10Mənbələr