AZ

Böyük Britaniyanın ABŞ-dakı səfiri Epstein əlaqələrinə görə vəzifəsindən uzaqlaşdırılıb

Ajans.az xəbər verir ki,bu barədə məlumatı nüfuzlu Financial Times nəşri yayıb. Nəşrin yazdığına görə, Mandelsonun Epşteynlə uzun illər davam edən şəxsi tanışlığı və onların arasında baş vermiş bir sıra təmaslar rəsmi dairələrdə ciddi narahatlığa səbəb olub. Məlumata görə, Mandelsonun vəzifədən kənarlaşdırılması qərarı Böyük Britaniya Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənib. İctimaiyyətə məlum olan sənədlər və məlumatlara əsasən, Piter Mandelsonun Epşteynlə münasibətləri 2000-ci illərin əvvəllərinə dayanır. Onların müxtəlif tədbirlərdə birgə görüntüləri və qarşılıqlı yazışmaları mətbuatda dəfələrlə gündəmə gətirilib. Epşteynin 2019-cu ildə həbsxanada müəmmalı ölümündən sonra onunla əlaqəli olan ictimai və siyasi fiqurlar daha yaxından araşdırılmağa başlanmışdı. Mandelsonun adı da bu kontekstdə bir neçə dəfə hallanmış, lakin indiyədək rəsmi tədbir görülməmişdi. Böyük Britaniyanın Xarici İşlər Nazirliyi, nə də Baş nazirin ofisi məsələ ilə bağlı rəsmi açıqlama verməyib. FT-nin məlumatına görə, Mandelsonun vəzifədən azad olunması "ictimai etimadın bərpası və diplomatik etikanın qorunması" məqsədilə həyata keçirilib. Hadisə ölkə mediasında və beynəlxalq ictimaiyyətdə geniş rezonans doğurub. Müşahidəçilər hesab edirlər ki, Mandelsonun vəzifədən çıxarılması təkcə Böyük Britaniya diplomatiyası üçün deyil, həm də Qərb siyasi elitaları arasında Epşteynlə bağlı davam edən araşdırmaların yeni mərhələyə keçdiyini göstərir. Məsələ ilə bağlı əlavə istintaq və digər yüksək vəzifəli şəxslərin də dindirilməsi ehtimal olunur.

 

Seçilən
70
Ajans.az

1Mənbələr