AZ

“Eintracht Frankfurt”dan “Galatasaray”la oyunla bağlı açıqlama

“Eintracht Frankfurt” İdarə Heyətinin üzvü Philipp Reschke Çempionlar Liqasının ilk turunda “Galatasaray” ilə oynayacaqları oyun öncəsi biletlərlə bağlı açıqlama verib.

“Bu, həqiqətən də Çempionlar Liqasının başlanğıcı üçün xüsusi bir oyun olacaq. Düşünürəm ki, “Galatasaray” ilə 1992-ci ildə burada oynadığımız deplasman oyunundan bu yana bir neçə addım irəliləmişik. Deplasman tərəfdarları üçün təxminən 3 min bilet ayrılıb. Bunun xaricində yalnız mövsümi bilet sahibləri və klub üzvləri yəni Çempionlar Liqasına qatılmağa haqq qazanmadan əvvəl üzv olmuş şəxslər bu oyun üçün bilet ala bilərlər. Əlbəttə, bunlar arasında hər iki tərəf üçün ürəyi döyünənlər də olacaq, amma mövsümi bilet sahiblərimizin və üzvlərimizin biletlərini qonaq tərəfdaşlara verməmələrini istəyirik”.

Oyun öncəsi qara bazar biletlərinin gündəmə gəlməsi ilə bağlı soruşulan suala cavab verən Reschke əlavə edib:

“Bu mövzuda iki xəbərdarlıq etmək lazımdır. Birincisi, potensial alıcılara: Qara bazardan bilet almayın. Belə tələbat çoxlu dələduzluğu da gətirir. Yəni stadionda mövcud olmayan yerlər üçün bilet təklif edilir və buna inanan tərəflər zərər çəkə bilər. Buna görə də belə işlərdən uzaq durmaq ən yaxşısıdır. İkincisi isə qısa yolla qazanmaq üçün bu platformalarda bilet satanlara yönəlib. Qara bazarla bağlı ixtisaslaşmış hüquq büromuzun köməyi ilə bazarı izləyirik. Satıcılar xəbərdarlıq olunur və təklif olunan biletlər ləğv edilir. Mövsümi bilet sahibləri bu hallara daxildirsə, onların mövsümi biletləri ləğv olunur”.

Hələ bilet almayan tərəfdarlar üçün Reschke bildirib:

“O zaman bilet birjamıza baxmalısınız. Oyun öncəsi həftədə buradakı aktivlik davam edəcək. Amma təhlükəsizlik məqsədilə bilet alarkən ən azından Eintracht Frankfurt üzvü olmalısınız”.

“Galatasaray” və “Eintracht Frankfurt”, Çempionlar Liqasının ilk həftəsində, 18 Sentyabr 2025-ci il, cümə axşamı günü Almaniyada qarşılaşacaqlar.

Sultan Məmmədli,
Musavat.com

Seçilən
107
musavat.com

1Mənbələr