Rusiya Silahlı Qüvvələri İsrail istehsalı olan çoxfunksiyalı RADA radiolokasiya stansiyasını vurub.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, Rusiya ordusunun operativ-taktiki aviasiyası, zərbə PUA-ları, raket qoşunları və artilleriyası RADA stansiyasından əlavə olaraq raket-artilleriya anbarlarını və hərbi texnika saxlanclarını da hədəfə alıb.
Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin və xarici muzdlu döyüşçülərin müvəqqəti yerləşdiyi 147 nöqtə atəşə tutulub.