AZ

ABŞ Belarusla münasibətləri normallaşdırmaq istəyir

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ prezidentinin nümayəndəsi Con Koul Belarus lideri Aleksandr Lukaşenko ilə görüşdə bildirib ki, Amerika Birləşmiş Ştatları həqiqətən də Belarusla münasibətləri normallaşdırmaq istəyir.

Bizimyol.info xəbər verir ki, bu barədə BELTA xəbər agentliyi məlumat yayıb.

“Biz həqiqətən də Belarus Respublikası ilə ABŞ arasında ikitərəfli münasibətlərimizi normallaşdırmaq istəyirik və bu normallaşmanın baş verməsi üçün hər şeyi etməyə hazırıq. Bu görüşdə yenicə elan etdiyimiz sanksiyaların (Belavia aviaşirkətinə qarşı) ləğvi yalnız başlanğıcdır”, - deyə Koul bildirib.

“Və biz müzakirələrimizdə, görüşümüzdə həbsdə olan qalan şəxslərlə (“qlobal müqavilə”nin müzakirə olunduğu məhbuslar) düzgün qərara gəlsək, hesab edirəm ki, normallaşma yolunda çox şeyə nail ola biləcəyik”, - deyə ABŞ prezidentinin nümayəndəsi vurğulayıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
bizimyol.info

1Mənbələr