AZ

Bu rayonlarda sakinlər üçün yeni evlər tikiləcək

Avqustun 15-16-da ölkə ərazisində intensiv yağışlar nəticəsində sel sularının Quba, Şabran, Siyəzən və Kürdəmir rayonlarında ziyan vurduğu qəzalı evlər yenidən inşa olunacaq.

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti bu istiqamətdə müvafiq işlərə start verib.

Məlumata görə, nazirliyin sifarişi ilə Quba və Şabranda qəzalı vəziyyətdə olan fərdi yaşayış evlərinin tikintisinə başlanılır. Bununla bağlı "Azəri Biznes" şirkəti ilə müqavilə də bağlanılıb.

Müqaviləyə əsasən, həmin vaxt yaranmış sel sularının ziyan vurduğu Quba və Şabran rayonlarında qəzalı vəziyyətdə olan fərdi yaşayış evlərinin tikintisi 2 milyon 239 min manata başa gələcək. Tikintisi həyata keçiriləcək evlərin sayı açıqlanmayıb.

Siyəzən və Kürdəmirdə isə qəzalı vəziyyətdə olan fərdi yaşayış evlərinin tikintisi "Fim Group" şirkətinə həvalə olunub. Buradakı evlərin tikintisinə isə 1 milyon 700 min manat vəsait sərf olunacaq. Bu rayonlarda da tikintisi həyata keçiriləcək evlərin sayı açıqlanmayıb.

Qeyd edək ki, təbii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərdə, bina və qurğularda bərpa və yenidənqurma işlərinin təşkili, bu işlərlə bağlı sifarişçi funksiyasının yerinə yetirilməsi Agentliyin vəzifələrindən biridir.

Milli.Az

Seçilən
36
4
milli.az

5Mənbələr