AZ

“Tabnak”: “Azərbaycanın xarici siyasəti daha aktiv və iddialıdır”

“Tramp marşrutunun” mümkün açılması İranı nəinki böyük tranzit gəlirlərindən, həm də Azərbaycan üzərində mühüm geosiyasi rıçaqdan məhrum edəcək”.

Tribunainfo.az xəbər verir ki, bunu İranda yayınlanan “Tanak” saytı yazıb.

Sayt iddia edib ki, qlobal və regional güclərin təsir uğrunda rəqabət apardığı strateji kəsişmə nöqtəsi olan Cənubi Qafqaz dramatik şəkildə yenidən konfiqurasiyaya məruz qalıb. “Türkiyə və İsrail regional rollarını genişləndirir, Azərbaycanın xarici siyasəti daha iddialı və aktivdir”.

İran nəşri iddia edib ki, Ermənistan və Azərbaycanın rəsmi sülh sazişi əldə etməsinə mane olan bir sıra həll edilməmiş problemlər səbəbindən plan reallaşmaya bilər. “Lakin həyata keçirilərsə, Tramp “yolu” ABŞ, Azərbaycan və Türkiyənin Cənubi Qafqazda təsirini gücləndirəcək, eyni zamanda İranın təsir rıçaqlarını zəiflədəcək”.

“Tabnak” daha sonra vurğulayıb ki, Türkiyə Azərbaycan və Xəzər dənizindən keçməklə Orta Asiyaya birbaşa quru yolu yaratmaqla Cənubi Qafqazdan Çinin Sincanına qədər strateji mövqeyini gücləndirəcək. “İran üçün bu, xoşagəlməz hadisədir, çünki Azərbaycan Naxçıvana çatmaq üçün onilliklər boyu İranın şimalından tranzitə arxalanıb. İndi isə sərbəst şəkildə, maneəsiz Naxşıvana yük daşıya biləcək”.

Fərda Uğur

Seçilən
18
1
tribunainfo.az

2Mənbələr