Belarus 52 məhbusu azad edib.
APA xəbər verir ki, bu barədə ABŞ-ın Vilnüsdəki səfirliyinin nümayəndəsi məlumat verib.
Həmin şəxslər hazırda Litvaya doğru yoldadır.
Səfirliyin nümayəndəsi bildirib ki, müxtəlif millətlərdən olan məhbuslar ABŞ Prezidenti Donald Trampın nümayəndəsi Con Koulun iştirakı ilə Minskdə aparılan danışıqlardan sonra azad olunublar.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Belarus Prezidenti Aleksandr Lukaşenkodan saxlanılan şəxslərin azad edilməsini tələb etmişdi.