AZ

"Çelsi"nin futbolçusu 3 aylıq sıradan çıxdı

style='margin-bottom:10px;'>

“Çelsi”nin yarımmüdafiəçisi Dariu Essuqu bir müddətlik sıradan çıxıb.

QOL.az "The Atletic"ə istinadən xəbər verir ki, o, Portuqaliya gənclər yığmasında olarkən budundan zədə alıb və ən azı 3 ay meydana çıxa bilməyəcək.

20 yaşlı futbolçu bu yay 22 milyon avroya “Sportinq”dən “Çelsi”yə keçib.

Xatırladaq ki, "Çelsi" UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir. "Qarabağ" London klubu ilə noyabrın 5-də Bakıda qarşılaşacaq.

Seçilən
21
2
teleqraf.com

3Mənbələr