AZ

Azərbaycan su qıtlığı riski siyahsında yer alır

Ajans.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev tədbirdə çıxışı zamanı bildirib ki, dünyada su ilə bağlı proseslər hazırda həm böyük maraq, həm də ciddi narahatlıqla izlənilir.
 
Onun sözlərinə görə, iqlim dəyişikliyi, yağıntıların qeyri-bərabər paylanması və sululuğun azalması nəticəsində dağlarda qar ehtiyatları tükənir, buzlaqlar sürətlə əriməyə başlayır.
 
“Su ehtiyatlarımız ildən-ilə azalır. Təəssüf ki, bu proses qlobal miqyasda müşahidə olunur. Əsas səbəb iqlim dəyişikliyi və yağıntıların qeyri-sabit xarakter almasıdır”.
 
Muxtar Babayev vurğulayıb ki, beynəlxalq təşkilatlarla uzun illərdir aparılan müzakirələr göstərir ki, dünyada artıq ölkələr suya bol çıxışı olan və su qıtlığı ilə üzləşənlər olaraq iki qrupa bölünüb.
 
“Suya tələbat artır, qıtlıq riski isə genişlənir. Təəssüf ki, Azərbaycan da bu siyahıda yer alır. Risklərin tam qarşısını almaq mümkün deyil, amma uyğunlaşma və adaptasiya tədbirlərinin həyata keçirilməsi mümkündür”, – deyə o əlavə edib.

Seçilən
47
Ajans.az

1Mənbələr