Bakı. Trend:
Dövlət-özəl tərəfdaşlığı su sahəsində iri layihələringerçəkləşdirilməsinin effektiv alətidir.
Trend xəbər verirki, bunu Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiyada özəlsektorun inkişafı üzrə regional rəhbəri Enriko Pinali Bakıdakeçirilən Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının (“BakuWater Week” – “Bakı Su Həftəsi”) “Alternativ su mənbələrininidarəedilməsində innovativ yanaşmalar”mövzulu panel müzakirələrindəçıxışı zamanı bildirib.
“Hökumət özəl şirkətlərin kapital, ekspertiza və lazımıtexnoloji innovasiyalar gətirdiyi bir vaxta özəl sektorun iştirakıüçün siyasi dəstəki, normativ-hüquqi bazanı, standartları vəstimulları təmin etməlidir”, - deyə Pinali bildirib.
Onun sözlərinə görə, AİB dövlət-özəl tərəfdaşlığının bundansonra daha da inkişaf etdirilməsi üçün tərəfdaş hökumətlərləəməkdaşlıq edir. O, həmçinin, qeyd edib ki, AİB başqa bir maliyyəinnovasiyasından da istifadə edir, həmin innovasiya “qarışıqmaliyyələşmə” adlanır.
“Bu, kommersiya baxımından, demək olar ki, dayanıqlı olmayanlayihələrə özəl investisiyaların cəlb edilməsinə imkan verir. Bu, odeməkdir ki, layihə kapitalının səfərbər edilməsi üçün güzəştlişərtlərlə müəyyən məbləğ vəsait tələb olunur. Layihənin özü tamkommersiya baxımından dayanıqlı olmasa da, kiçik bir dəstək ilə bustatusa çata bilər”, - deyə Pinali əlavə edib.