AZ

Həkimlər nəyi reklam edə bilməz? - Nazirlikdən - AÇIQLAMA

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənova “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində həkimlərin reklam fəaliyyəti ilə bağlı mühüm qanuni və etik normaları açıqlayıb.

FED.az xəbər verir ki, o bildirib ki, həkimlər öz vəzifələrindən digər şəxslərin və ya qurumların maraqlarını təbliğ etmək üçün istifadə etməməlidir.

İnzibati Xətalar Məcəlləsinin 428-ci maddəsinə əsasən, icazəsiz müalicə, profilaktika, diaqnostika və ya reabilitasiya metodlarının reklamı qadağandır. Bu qaydanın pozulmasına görə vəzifəli şəxslər 300-500 manat, hüquqi şəxslər isə 1000-2000 manat cərimə edilə bilər.

“Reklam haqqında” Qanuna görə, reklam istehlakçıların diqqətini cəlb etmək və məhsulun satışını artırmaq məqsədini daşıyır. Lakin “Dərman vasitələri haqqında” Qanuna əsasən, Azərbaycanda yalnız reseptsiz dərmanlar və icazə verilmiş tibbi metodlar reklam oluna bilər.

Səhiyyə Nazirinin 2011-ci il tarixli Əmrinə əsasən, həkimlər elmi çıxışlarında və mediada yalnız etik qaydalara riayət etməli, reklam və ya qeyri-sağlam rəqabət elementlərindən çəkinməlidirlər. T.Həsənova vurğulayıb ki, həkimlərin əsas vəzifəsi xəstələrin sağlamlığını qorumaqdır, reklam alətinə çevrilmək yox. (Trend)

Seçilən
35
14
fed.az

10Mənbələr