Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 264 milyon 10 min 100 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.
Bu barədə Bakıvaxtı.az-a Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, 149 milyon 179 min 700 manatı bitkiçilik sahəsi üzrə, 114 milyon 830 min 400 manatı isə heyvandarlıq sahəsi üzrə olunub.
2024-cü ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,5 % azalıb.