Türkiyənin "Ankaragücü" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Bizim.Media xəbər verir ki, Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
II Liqa təmsilçisini Recep Karatepe çalışdıracaq. 48 yaşlı mütəxəssislə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Azərbaycanın U-21 millisinin üzvü Həsən Nəzərli "Ankaragücü"də çıxış edir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta