AZ

Almaniya şirkəti ilə gəmiçilik sahəsində əməkdaşlıq müzakirə olunub  

“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) Almaniyanın "Unitron" şirkətinin idarəedici direktoru və hüquqşünası Niko Hans Zibert və Alman-Azərbaycan Xarici Ticarət Palatasının nümayəndə heyəti ilə görüş keçirilib.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı nümayəndə heyətinə QSC-nin donanması, fəaliyyət istiqaməti və inkişaf planları barədə ətraflı məlumat təqdim olunub və onları maraqlandıran suallar cavablandırılıb.

Həmçinin tərəflər gəmiçilik sahəsindəki mövcud tendensiyalar, o cümlədən rəqəmsallaşma və innovativ həllər, yaşıl texnologiyalar üzrə geniş müzakirələr aparıb və bu istiqamətlərdə gələcək əməkdaşlıq imkanlarını dəyərləndiriblər.

Seçilən
6
4
azerbaijan-news.az

5Mənbələr