AZ

Məcnun Məmmədov: Bu ildən yerli istehsal olan suvarma avadanlıqlarının subsidiyalaşdırılması artırılacaq 

Bu ildən yerli istehsal olan müasir suvarma avadanlıqlarının subsidiyalaşdırma səviyyəsi artırılacaq.

AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov 2-ci Beynəlxalq Su Təsərrüfatı Konfransında deyib.

O bildirib ki, bununla həm fermerlər üçün əlçatanlığı artırmaq, həm də ölkədə istehsal potensialını və yeni iş yerlərini genişləndirmək planlaşdırılır.

“İşğaldan azad edilmiş ərazilərdə selləmə suvarma tamamilə qadağan olunacaq. Bu, gələcəkdə Azərbaycanda selləmə suvarmanın ölkə üzrə mərhələli şəkildə dayandırılması istiqamətində ilk addım olacaq. Biz müasir suvarma sistemlərinin geniş tətbiqi ilə həm suya qənaət etməli, həm də məhsuldarlığı artırmalıyıq”, - deyə nazir diqqətə çatdırıb.

Seçilən
4
3
azerbaijan-news.az

4Mənbələr