AZ

Polşa Belarus sərhədi qeyri-müəyyən müddətədək bağlanacaq  

Polşa-Belarus sərhədi qeyri-müəyyən müddətədək bağlanacaq və bu məhdudiyyət Rusiya ilə Belarus arasında keçirilən “Zapad-2025” təlimləri ilə bağlı deyil.

AZƏRTAC xəbər verir ki, Polşanın daxili işlər naziri Marçin Kervinski bu barədə TOK.FM radiostansiyasının efirində deyib.

“Sərhəd qeyri-müəyyən müddətədək bağlı qalacaq və yalnız tam təhlükəsizliyin təmin olunduğu vaxt açılacaq”, – deyə Marçin Kervinski bildirib.

Nazirin sərəncamına əsasən, sərhəd hər iki istiqamətdə insanların, yük avtomobillərinin və dəmir yolu nəqliyyatının hərəkəti üçün bağlanacaq.

Xatırladaq ki, sentyabrın 9-da Polşanın Baş naziri Donald Tusk “Zapad-2025” təlimlərinin başlanması ilə əlaqədar sentyabrın 11-dən 12-nə keçən gecədə sərhədin bağlanacağını elan etmişdi.

Seçilən
3
2
azerbaijan-news.az

3Mənbələr