AZ

Macarıstan Shell ilə ildə 2 milyard kubmetr qaz tədarükü üçün 10 illik müqavilə imzalayır

Finss.az xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Szijjarto sosial mediada bildirib ki, Macarıstan Shell ilə 2026-cı ildən başlayaraq hər il 2 milyard kubmetr qaz tədarükü üçün on illik müqavilə imzalayıb.

"Bu, təbii qazın alınması üzrə Qərb tədarükçüsü ilə indiyə qədər bağlanmış ən böyük və ən uzunmüddətli müqavilədir. Shell ilə razılaşma bizə mövcud olanları saxlamaqla ölkəmizə yeni tədarük mənbələri cəlb etməyə imkan verəcək", - Szijarto yazıb. O qeyd edib ki, “Shell” ilə müqavilə mövcud mənbələrə yeni həcmlər əlavə etməklə ölkənin qaz balansını qismən şaxələndirməyə imkan verəcək.

Eyni zamanda Szijarto vurğulayıb ki, şərq tədarükçüləri ilə qaz tədarükünə dair uzunmüddətli müqavilələr Macarıstanın enerji təhlükəsizliyinin əsasını təşkil edir.

Seçilən
5
1
fins.az

3Mənbələr