AZ

Pezeşkian: Qınından çıxıb, qınını bəyənmirlər!

İran Prezidenti Məsud Pezeşkian bu gün Ərdəbil əyalətinə səfəri çərçivəsində keçirilən iclasda maraqlı çıxışı ilə diqqət çəkib.

Axar.az xəbər verir ki, o, təhsil sistemindəki mövcud problemləri tənqid edərkən fikirlərini Azərbaycan dilində ifadə edib.

Pezeşkian bəzi məktəblərin ziyalılar yetişdirmək əvəzinə, cəmiyyətə təkəbbürlü insanlar qazandırdığını bildirib. İran prezidenti bu vəziyyətə reaksiya verərək deyib:

“Qınından çıxıb, qınını bəyənmirlər. Bu ifadənin tərcüməsi yoxdur. Biz bu torpağa mənsub olduğunu bilən öyrəncilər yetişdirməliyik. Problemlərimizi özümüz həll etməliyik, çünki bizim dərdimizə kənardan heç kim gəlib əlac qılmayacaq”.

O, təhsilə dair layihələrin həyata keçirilməsinə də toxunub:

“Onlar üçün məktəblər də qurduq. Amma onların 90 faizi ölkəni tərk edib”.

Seçilən
19
7
axar.az

8Mənbələr