AZ

Ölkə tarixində ən böyükmiqyaslı həbsxanadan qaçış

Yazını böyüt
Yazını kiçilt

Nepalda iğtişaşlar zamanı cəzaçəkmə müəssisələrindən 15 mindən çox məhbus qaçıb və bu, ölkə tarixində ən böyükmiqyaslı həbsxanadan qaçış olub.

Hafta.az xəbər verir ki, bu barədə "Kathmandu Post" qəzeti polisə istinadən məlumat verib. Məlumata görə, kütləvi qaçışlar Nepalın müxtəlif şəhərlərindəki 25 həbsxanada baş verib. Qaçanlar arasında qətl, təcavüz, adam oğurluğu və insan alveri üzrə məhkum olunanlar da olub.

Cəzaçəkmə Müəssisəsinə Nəzarət İdarəsindən bildiriblər ki, yekun rəqəmlər hələ dəqiqləşdirilir. İdarənin direktoru Lila Prasad Şarmanın sözlərinə görə, ölkədəki bütün təhlükəsizlik qüvvələri - ordu və polis qaçanların axtarışı və saxlanması üçün səfərbər edilib.

"Biz məhbusları dəmir barmaqlıqlar arxasına qaytarmaq üçün bütün mümkün resurslardan istifadə edirik", - deyə o bildirib.

Seçilən
42
hafta.az

1Mənbələr